"Bağlı geyinib qudasıyla qaçır, ərinin qohumu ilə sevişir" - Brilliantdan sərt sözlər

"Bağlı geyinib qudasıyla qaçır, ərinin qohumu ilə sevişir" -  Brilliantdan sərt sözlər
21165 dəfə oxunub
  • A-
  • A
  • A+
"Təbiət öz qucağını necə də gözəl təmizlədi: pis insanlardan, şərdən, böhtandan, günahsız insanları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib, ətrafa pislik yayanlardan".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb. Müğənni koronavirus infeksiyasının yayılmasından, bunla bağlı hər yerin təmizlənməsindən söz açıb:

"Allah öz qucağını bərk əli ilə təmizlədi. Küçələr bomboş. Təbiət bir az nəfəs almaq istəyir. Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər.

Əslində sonuncu cümləni yazmamalı idim. Amma anladım ki, qəlbiqara insanlar az deyil. Görün, səviyyəmiz hansı təbəqəyə enib ki, sözlərimi ölənlərə şamil etdiyimi düşünən beyinlər var.

Ümid edirəm ki, bu sınaq bəzi insanların ağlını başına toplayar. Dünyada ən bahalı istirahət mərkəzləri də boş qalıb. Allah mesaj yollayıb... Buradakı bəzi rəylərə baxın, ağzı olan danışır. Ölüm haqqdır. Onun bizi hara aparacağını heç kim bilmir".

Dadaşova ona ünvanlanan şərhlərə cavab verib. O, əmisi oğlu, Xalq artisti Rafael Dadaşov dünyasını dəyişəndən sonra efirlərdə bayram çəkilişinə qatılmasını qınayanlara bunları bildirib:

"Bu yaxınlarda Nanə Ağamalıyeva və Zaur Kamalın verilişində yer aldığım kadrlar yayımlandı. Martın əvvəlində çəkilən proqramlar idi. Bayram çəkilişlərinə gedəndə, əmim oğlu sağ idi, müalicə alırdı. Mən də yanına gedib-gəlirdim. Sağalacağına ümid edirdik. Həmin konsertlər televiziyada göstərilən gün sosial şəbəkədə bəzilərinin rəylərini gördüm. Bayram çəkilişlərində yazmışdılar ki, proqram əvvəldən çəkilib. Buna baxmayaraq, Allahdan qorxmadan nələr yazırdılar. Qəlbiqara yazıqlar... Əmim oğlunu müzakirəyə qoyub, ağızlarının mikrobunu tökmüşdülər. Guya, onu məndən çox istəyirlər".

Brilliant daha sonra açıq-saçıq geyimini qınayanları tənqid edib:

"Lap çılpaq da gəzsəm, heç kimin həyatına, taleyinə təsiri olmaz. Amma siz sizə yaxından, uzaqdan əlaqəsi olmayan şeylərə burnunuzu soxub, qəlb sındırmayın. Böyük günahdır. Bu geyimdən bəhs edənlərin çoxlarının yaxınları bağlı geyimdə qudası ilə qoşulub qaçanlar, öz ərinin qohumları ilə sevişənlər və daha nələr-nələr edənlərdir... Geyimə, zövqə rişğənd edənlər əsasən cəmiyyətin ən aşağı pilləsində duranlar olur. Onların dünya görüşü ən dar çərçivədədir".