Dünyada sürətlə yayılan COVİD19 virusuna ən çox yoluxma halı ABŞ-da qeydə alınıb.
Axşam.az xəbər verir ki, bu haqda "The New York Times" nəşri məlumat yayıb. Bildirilib ki, hazırda koronavirusa yoluxanların sayına görə Amerika birinci yerdədir.
Burada 81321-dən çox insan hazırda koronavirusa yoluxub. Bu rəqəmlər isə Çin və İtaliyadan çoxdur.
ABŞ-da virusdan ölənlərin sayı isə 1000-i keçib.
Qeyd edək ki, hazırda dünyanın 199 ölkəsində koronavirus infeksiyası var.