“Qoruyuculardan istifadə edin ki, balalarınız çoxalmasın” - Faiq Ağayevdən sərt sözlər

“Qoruyuculardan istifadə edin ki, balalarınız çoxalmasın” - Faiq Ağayevdən sərt sözlər
10095 dəfə oxunub
  • A-
  • A
  • A+

“Allah onların canını sağ eləsin. Mağaralarında 15-ci, 18-ci əsrdə yaşamağa davam etsinlər. Bizim işimizə qarışmasınlar”.

Axşam.az xəbər verir ki, bu sözləri MTV-də yayımlanan “Söhbətsiz” proqramına Xalq artisti Faiq Ağayev baxımlı kişi şou nümayəndələrini qəbuledilməz sayan sənətçilər barədə söyləyib.

O, aparıcı Samir Bayramlının bu mövzu barədə sualına belə cavab verib:

“Artistlə cəmiyyətin adi üzvünə sürülən tələblə yanaşmazlar. Məhz belələri idi ki, 19-cu əsrin sonunda artistlərimizi öldürürdülər. Vaqif Mustafazadəni çərlədənlər, bir çox böyük sənətçimizin həyatına zəhər tökənlərin nəsli tükənmir. Onların tör-töküntüləri  corabsız ayaqqabı geyinmək olmaz, saçını rəngləmək olmaz deyirlər. Bunu  deyən isə saçına elə sərt qara boya vurur ki, başının dərisi olur qıp-qırmızı. Gedir min hoqqadan çıxır, efirdə olur süddən çıxmış gümüş qaşıq, namus-qeyrət təcəssümü. Öz ailəsində söz sahibi olmayan biri çıxır deyir ki, artist bunu etməməlidir. Oturaq baxaq görək bu odlu-alovlu çıxış edən insan son beş ildə sənət üçün neyləyib? Adi cəmiyyətin də üzvləri belələrinə aldanırlar. Deyirlər ki, hamı bizim kimi geyinməlidir. Səhnənin qanunlarını bilməyənlər, bu işə qarışmayın, çalışın qoruyuculardan istifadə edin ki, balalarınız çoxalmasın”.