İçərişəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

İçərişəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir
427 dəfə oxunub
  • A-
  • A
  • A+

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə İçərişəhər ərazisində, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə açıq ərazilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, martın 25-də Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtımızda son günlər ərzində apardığı genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə idarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə anoloji tədbirlərə başlanılıb. Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.

Mart və aprel aylarında bu kimi dezinfeksiya işləri daim həyata keçiriləcək