Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama

Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama
5463 dəfə oxunub
  • A-
  • A
  • A+

Gözəllik salonları, bərbərxanalar, saatsaz, pinəçi, xırdavat mağazaları və bu kimi müəssisələrin iş qrafikində hər hansı bir dəyişiklik yoxdur.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov verib.

Bildirib ki, karantin rejimi tətbiq olunduğu müddətdə kafe, restoran və çayxanalarda müştəri qəbulu 12.00-dan 15.00-a qədər nəzərdə tutulub. Ancaq çatdırılma xidməti və onlayn qəbul qrafiki limitsizdir. Bundan başqa, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılsa da, nəzdindəki ərzaq mağazaları və apteklər ənənəvi qaydada satış həyata keçirir.

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.