Koronavirusa yoluxanların sayı 422 mini keçdi

Koronavirusa yoluxanların sayı 422 mini keçdi
1210 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasına yoluxanlarla bağlı yeni statistikanı açıqlayıb.

Axşam.az xəbər verir ki, ötən gün bütün dünyada 40 min yeni insan virusa yoluxub. Bununla da koronavirus daşıyıcılarının sayı 422 829, ölənlərin sayı isə 18 409 nəfər olub.

Təkcə ötən gün virusdan 1722 nəfər dünyasını dəyişib. Yoluxma faktı daha çox Avropa regionunda qeydə alınıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 252 044-ə çatıb. Bunların 89 056 nəfəri sağalıb, 10 405 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.