"Lazım olsa, çarpayı və xəstəxana sayı artırılacaq" - Oqtay Şirəliyev

"Lazım olsa, çarpayı və xəstəxana sayı artırılacaq" - Oqtay Şirəliyev
1326 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır. Nəzərdə tutulub ki, lazım olsa, çarpayı və xəstəxana sayı artırılacaq".

Axşam.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də Hədəf verilişində çıxışı zamanı deyib.

Nazir bildirib ki, xüsusi həkim briqadaları da yaradılıb:

"Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".