Baldızının qızı ilə evləndi - Fotolar

Baldızının qızı ilə evləndi -  Fotolar
7851 dəfə oxunub
  • A-
  • A
  • A+

Halk ləqəbi ilə tanınan 33 yaşlı keçmiş futbolçu Jivanild Vieyra de Souzun şəxsi həyatında baş verənlər Braziliya seriallarını geridə qoyub.

Axşam.az xəbər verir ki, bir neçə həftə əvvəl idmançı ikinci dəfə evlənib. Onun yeni həyat yoldaşı keçmiş arvadı İranın bacısı qızı Kamila Ancelodır.

Hazırda Halk Çin klubu "Şanxay"ın kapitanıdır. Xoşbəxtliyini gizlətməyən Halk xanımı ilə tez-tez fotolar yayımlayır. İdmançı 31 yaşlı Kamila ilə tanış olub, münasibət quran kimi onun valideynlərinə zəng vurub və fikrini söyləyib.

Qeyd edək ki, Halk kamila ilə ötən ilin oktyabrından görüşür. Halk və İran 12 il birlikdə yaşayıb. Cütlüyün üç övladı var. İran halkdan boşanandan sonra Çindən köçüb. Yaxınlarının dediyinə görə İran bacısı qızının keçmiş ərinə ərə getməsinə sərt reaksiya verib.