Bir neçə gün əvvəl təcavüz və cinsi zorakılıqda təqsirləndirilərək 23 il müddətində azadlıqdan məhrum edilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyn həbsxanada koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, onun hazırda Nyu-Yorkdakı cəzaçəkmə müəssələrinin birində olduğu deyilir.

Həbsxanada prodüserlə yanaşı daha bir nəfərin də infeksiyaya yoluxduğu qeyd edilir.

Xatırladaq ki, Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var.



                 

Xəbər lenti