Koronavirusa yoluxan ukraynalı aktrisa Olqa Kurilenko infeksiyaya qalib gəlib.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə virusun simptomlarından yazan 40 yaşlı aktrisa hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Düşünrüəm ki, artıq tam sağlamam. İlk həftədə çox pis idim. Demək olar ki, bütün günü yüksək hərarətlə yatırdım. Ayağa qalxmaq çox çətin idi. Başım ağrılarım kəsmirdi.

İkinci həftədə hərarətim normaya düşdü, amma yüngül öskürək başladı. İndi demək olar ki, heç bir əlamət yoxdur. Səhərlər bir az öskürək olur, lakin sonra keçib gedir. İndi istirahətdən zövq alıram və vaxtımı oğluma sərf edirəm”.

Qeyd edək ki, 40 yaşlı Olqa Kurilenko “Mərhəmət kvantı” filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb.

 



                 

Xəbər lenti