Fatih Terim də koronavirusa yoluxdu

Fatih Terim də koronavirusa yoluxdu
2375 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə 66 yaşlı mütəxəssis Tvitter səhifəsində məlumat verib.

O bildirib ki, testlərinin cavabı müsbət çıxıb və koronavirusa yoluxduğu məlum olub:

"Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".

Xatırladaq ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.