Çində 90%-ə yaxın xəstə koronavirusa qalib gəldi

Çində 90%-ə yaxın xəstə koronavirusa qalib gəldi
1488 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinin səhiyyə məsələləri üzrə Dövlət Komitəsi Pekin şəhərində COVİD-19 virusuna yoluxan xəstələrin hər gün azaldığını qeyd edib.

Axşam.az “Ria Novosti”yə istinadən xəbər verir ki, virusun mərkəzi olan ölkədə indiyə qədər 81 093 yoluxma halı qeydə alınıb. Onlardan 72 703 nəfəri artıq koronavirusa qalib gəlib və xəstəxanalardan evə buraxılıb. Bu isə ümumi infeksiyaya yoluxmuş şəxslərin 89,65%-ni təşkil edir.

Qeyd edək ki, xəstələrin ən çox hissəsi Uhan şəhərinin yerləşdiyi Hubey əyalətinin payına düşmüşdü. Orada 67 800 yoluxma halı qeydə alınmışdı.