Dünyada koronavirusa yoluxanların sayı durmadan artır. Onlar arasında məşhurlar da az deyil. 

Axşam.az xəbər verir ki, amerikalı 19 yaşlı müğənni Şarlot Laurensin analizlərinin nəticəsi də pozitiv çıxıb.

Bu barədə gənc ifaçı sosial media hesabında məlumat verib:

"Sağalacağıma əminəm. Evdə qalın. Özünüzü xəstə hiss etsəniz də, etməsəniz də. Ana-atanızı, nənə-babanızı fikirləşin".  

Qeyd edək ki, Şarlot aktrisa Krista Miller ilə ssenarist Bil Laurensin qızıdır.



                 

Xəbər lenti