Koronavirus daha çox kişiləri qurban seçir

Koronavirus daha çox kişiləri qurban seçir
2681 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirusdan ən çox zərər çəkmiş ölkələrin alimləri infeksiya ilə bağlı araşdırmalarının nəticələri barədə açıqlama veriblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onların sözlərinə görə, kişilər qadınlara nisbətən daha çox COVID-19-un qurbanı olurlar.

Çin xəstəliklərinin idarə edilməsi və qarşısının alınması mərkəzi ölkədəki 72 min infeksiyaya yoluxan sakinlərin tibbi təhlilini həyata keçirib. Nəticədə ölüm hallarının 64%-ni kişilərin təşkil etdiyi məlum olub.

İtaliyalı tədqiqatçıları isə koronavirus qurbanı olan 827 nəfərin 80%-ni kişilərin təşkil etdiyini bildirib.

Alimlər etiraf ediblər ki, COVID-19-un "gender seçimi" onları təəccübləndirib.