İtaliyada koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı yenə artıb.
Axşam.az xəbər verir ki, yerli hakimiyyət orqanları bunla bağlı məlumat yayıb. Bildirilib ki, gün ərzində ölkədə 793 nəfər ölüb, təxminən 5 000 nəfər virusa yoluxub.
İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib ki, bu, epidemiyanın başlanğıcından indiyə kimi ölkədə yeni antirekorddur.