Gün ərzində İtaliyada koronavirusdan rekord sayda insan ölüb

Gün ərzində İtaliyada koronavirusdan rekord sayda insan ölüb
3802 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyada gün ərzində koronavirusdan ölənlərin sayı 627 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli məlumat verilib.

O bildirib ki, bu göstərici Çində koronavirusdan dünyasını dəyişən qurbanların sayını keçərək yeni rekord qırıb.

Həkimlər italiyada gün ərzində 4670 infeksiya halı təyin ediblər. Hazırda ölkədə 38 minə yaxın xəstə var.

Virusa qalib gələnlər 5129, vəfat edənlər isə 4032 nəfər təşkil edir.