Saç telindən 400 dəfə incə olan koronavirus - Foto

Saç telindən 400 dəfə incə olan koronavirus -  Foto
5702 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Rusiyanın Novosibirsk şəhərinin virusologiya və biotexnologiya mərkəzi olan “Vektor”da koronavirusun fotosu çəkilib.

Axşam.az xəbər verir ki, alimlər mikroskop altında müşahidə etdikləri COVİD-19-un insan saçının bir telindən 400 dəfə incə olduğunu bildiriblər.

Fotolarda 100-200 nanometr ölçüsündə olan virusun dairəvi ləkə formasında, ətrafının isə xırda buynuzlarla əhatə olunduğu görülür. Bu səbəbdən də alimlər ona “corona” adını veriblər.

İnfeksionistlər hissəciklərin yaxşı görünməsi üçün virusu JEM-1400 elektron mikroskopda böyüdüblər.