Koronavirusa qalib gələn Tom Henks özünü necə hiss edir? - Foto

Koronavirusa qalib gələn Tom Henks özünü necə hiss edir? -  Foto
1491 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirusa yoluxan dünyaca məşhur amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson 5 gün sonra xəstəliyə qalib gəlmişdilər.

Axşam.az xəbər verir ki, hazırda Avstraliyanın Qold-Koast şəhərində kirayə götürdüyü evdə karantində olan aktyor səhhəti ilə bağlı pərəstişkarlarına açıqlama verib:

"Salam dostlar. Yaxşı xəbərlərim var. Evdə qaldığım karantin müddətində simptomlar müşahidə olunmur. Hərarətim yoxdur. Çamaşırların qatlanması və qabların yuyulması divanda mürgüləməyə gətirib çıxarır. Pis xəbərim də var. Həyat yoldaşım Rita Uilson kart oyununda məni 6 dəfə məğlub edib. Onu da deyim ki, mən bura sevdiyim “Corona” markalı çap maşınımı da gətirmişəm”.

Qeyd edək ki, Tom Henks çap maşınlarının kolleksiyoneridir. Onun kolleksiyasında 100-dən çox yazı maşını var.