Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədi ilə “Yallı gedək” challenge-inə start verib.

İdarədən Axşam.az-a daxil olan məlumatda bildirilir ki, təəssüf ki, bu il xalqımızın minilliklər boyu adət-ənənələrə uyğun qeyd etdiyi Novruz bayramını bütün dünyanı bürümüş koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsində kütləvi el şənlikləri ilə qeyd edə bilmirik:

“Yaranmış vəziyyəti nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Dünya Azərbaycanlılarını və bütün sənətçi dostlarımızı, mədəniyyət və incəsənət xadimlərini evlərindən, olduqları yerlərdən “Yallı gedək” challenge-inə (çağırışa) qoşulmağa dəvət edir. Bildiyiniz kimi, qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahı”sına daxil edilmiş, qədim köklərə malik, milli musiqi tariximizdə özünəməxsus yeri olan YALLI rəqsi – birlik və həmrəylik rəmzidir.

Əziz həmvətənlər, bir olaq - həmrəy olaq! Novruz Bayramınız Mübarək!”



Xəbər lenti