Uhanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb

Uhanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb
1937 dəfə oxunub
  • A-
  • A
  • A+

Çin hakimiyyəti koronavirus epidemiyasının yayılmasını dayandırıb.

Axşam.az xəbər verir ki, СOVID-19 infeksiyasının yarandığı ölkədə artıq virusa yoluxmuş yeni xəstələr müşahidə olunmur.

Bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Koronavirus epidemiyasının mərkəzi olan Uhan şəhərində və Hubey əyalətində gün ərzində infeksiyaya yeni yoluxma hadisəsi qeydə alınmayıb.

Ümumilikdə isə Çində 34 yeni xəstə aşkar edilib. Lakin onlar infeksiyaya ya xaricdə, ya da ölkəyə yeni gələn şəxslərdən yoluxublar.