Azərbaycan Dövlət Rəsm Qalereyası COVID-19 koronavirusunun yayılmasının qarşısının alınması məqsədilə aprel ayınadək bütün tədbirləri təxirə salıb.
Qalereyadan Axşam.az-a bildirilib ki, ölkədə vəziyyət stabilləşəndən sonra bütün sərgi, tədbir və mühazirələr növbəti ayın müvafiq günlərində təqdim ediləcək.