İtaliyada gün ərzində koronavirusdan 475 nəfər ölüb

İtaliyada gün ərzində koronavirusdan 475 nəfər ölüb
1507 dəfə oxunub
  • A-
  • A
  • A+

Gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı 475 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andcelo Borrelli məlumat verib.

Borelli bildirib ki, bu, ölkədə epidemiyanın başlanmasından bəri ən böyük göstəricidir.

İtaliyada gün ərzində sağalanların sayı 1084 nəfərə, ölkədə virusa yoluxmuş şəxslərin ümumi sayı isə 28 710 nəfərə çatıb.