Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, nazirliyin tabeliyində olan müəssisələrdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi işləri davam edir.

Axşam.az Nazirliyin saytına istinadən xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Muğam Mərkəzində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir.

Muğam Mərkəzindən  bildirilib ki, müəssisədə ilk ümumi dezinfeksiya işi martın 6-da həyata keçirilib. Bundan əlavə, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə mərkəzdə mütəmadi olaraq gündəlik ümumi dezinfeksiya işləri həyata keçirilir.



Xəbər lenti