“Dünən sənətkar Rafael Dadaşovun yasından hamı qovuldu. Rayondan uzaq yol gələn insanların çayı, halvası qabağında qaldı. Ahıl yaşda insanlar olan yerdə Brilliant xanım “Yas qurtardı, durun hamınız gedin” dedi. Camaat da ayağa qalxdı və evi tərk etdi”.

Axşam.az xəbər verir ki, bu sözləri ötən gün Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə qatılan Səidə Dadaşovanın dostu, vayner Elçin sosial media hesabında yazıb.

O, Xalq artisti Brilliant Dadaşovanın yas mərasiminə qatılan bir neçə nəfəri məclisdən qovduğunu iddia edib:

“Hadisə media, saytlar və kameralar gedəndən sonra baş verdi. Səidə Dadaşovaya olan hörmətimdən dolayı susdum. Mən hansısa “vaynerka”lar kimi kameraya düşməyə, Səidənin qoluna girib, Qənirə Paşayevaya yanaşmağa, nə də xəbər səhifələri məni çəksin deyə Brilliant xanımın yanında durmağa gəlməmişdim. Vəfa borcumu yerinə yetirməyə gəlmişdim. Çayxanaya, qəlyanxanaya gəlməmişdik ki, bizə “durun, çıxın” deyilsin”.

Qeyd edək ki, dəfn mərasimindən öncə də Brilliant xanımla ailə üzvləri arasında medianın çəkiliş etməsi barədə mübahisə yaranıb və bu anlar kameralara yansıyıb.



Xəbər lenti