Rafael Dadaşov dəfn edildi - Fotolar+Video

Rafael Dadaşov dəfn edildi -  Fotolar+Video
12156 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rafael Dadaşov son mənzilə yola salınıb.

Axşam.az xəbər verir ki, 74 yaşında dünyasını dəyişən aktyorun nəşi yaşadığı evdən götürülüb.

R.Dadaşov II Fəxri Xiyabanda dəfn olunacaq.

***

R.Dadaşovun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana gətirilib. Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Qənirə Paşayeva və aktyorun sənət dostları iştirak edib.

Əbülfəs Qarayev media nümayəndələrinə açıqlama verərək "Çox xəstələnmişdi. Cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onun səhhəti ilə bağlı lazım olan bütün tapşırıqları vermişdi. İndiki şərait vida mərasiminə imkan vermədi. Amma vəziyyət düzələndən sonra Rafael Dadaşovun xatirəsinə ədəbi gecə keçirəcəyik. Çalışdığı Akademik Milli Dram Teatrında onun xatirəsini yada salacağıq. Gözəl insan, yaxın dost idi" deyə, bildirib.

***

Rafael Dadaşov II Fəxri Xiyabanda torpağa tapşırılıb. Aktyor son mənzilə alqışlarla yola salınıb.

Pərviz Hüseyn

Foto: İlqam Cəbiyev