"Kontakt Home" koronavirus əleyhinə bütün təhlükəsizlik tədbirlərini görüb

"Kontakt Home" koronavirus əleyhinə bütün təhlükəsizlik tədbirlərini görüb
417 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə "Kontakt Home" Nazirlər Kabineti yanında Operativ Qərargahının tövsiyələrini əsas tutaraq bütün təhlükəsizlik tədbirlərini görüb.

Axşam.az xəbər verir ki, bununla əlaqədar şəbəkənin bütün mağaza və inzibati binalarında, həmçinin əməkdaşlıq etdiyi servis mərkəzlərində virus və bakteriyalar əleyhinə dezinfeksiya işləri tamamlanıb. Dezinfeksiya işlərini xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirib və "Kontakt Home"a müvafiq sertifikat təqdim olunub.

Qeyd edək ki, aparılan dezinfeksiya tədbiri ərazini ən az 14 gün qoruyur və bu tədbirlər virus təhlükəsi olduğu müddətdə mütəmadi olaraq həyata keçiriləcək. İstifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.


 
Virusun profilaktikası ilə bağlı Operativ Qərargahın göstərişlərinə əsasən, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.


 
Qeyd edək ki, yaranmış vəziyyətlə bağlı şəbəkənin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur. Eyni zamanda onlayn sifarişlərə tələbatın artdığını nəzərə alaraq, www.kontakt.az saytı da 7/24 fəaliyyətini davam etdirir.

Çağrı Mərkəzi: *6060