Dünyada 6518 nəfər koronavirusdan öldü

Dünyada 6518 nəfər koronavirusdan öldü
806 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya üzrə son sutka ərzində koronavirusa yoluxanların sayı 192 nəfər artıb.

Axşam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, ötən gün ərzində 15-i yeni olmaqla 6 518 nəfər koronovirusdan ölüb.

Epidemiya ümumilikdə 157 ölkədə yayılıb. Hazırda Covid-19-a yoluxanların sayı 169 min 610 nəfər təşkil edir. Bu günə qədər virusdan 1 600 nəfəri yeni olmaqla 77 min 776 xəstə sağalıb.