"Hamımız estetik əməliyyat qurbanı olduq" - Nurgül Yeşilçay

"Hamımız estetik əməliyyat qurbanı olduq" - Nurgül Yeşilçay
4696 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Nurgül Yeşilçay bu dəfə sərgisi ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, Nurgül “Avrat otu” adlı ilk sərgisini insanların ixtiyarına verib.

Sərgisində aktrisa daha çox qadın obrazı, gözəllik və estetik əməliyyatlara diqqət çəkib. Jurnalistlərin suallarını da cavablandıran Yeşilçay “Hamımız bir tip qadın obrazında olmuşuq. Mən də estetik qurbanı oldum. Amma vaxtında canımı qurtara bildim” deyib.

Qeyd edək ki, ötən il sənətçi üzünə botoks etdirmiş, daha sonra isə bundan peşman olduğunu bildirmişdi.