İranda koronavirusla bağlı son statistika - 3 yaşlı uşaq öldü

İranda koronavirusla bağlı son statistika -  3 yaşlı uşaq öldü
3316 dəfə oxunub
  • A-
  • A
  • A+

İranda son sutka ərzində koronavirusdan (COVID-19) 97 nəfər ölüb.

Axşam.az Sabah.az-a istinadən xəbər verir ki, bu haqda İRNA yazıb. İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun sözlərinə görə, ölkədə ötən sutka ərzində daha 1 365 nəfər yeni koronavirusa yoluxub.

Ümumilikdə İranda Covid-19-dan ölənlərin sayı 611 nəfərə, yoluxanların sayı 12 min 729 nəfərə, sağalanların sayı isə 4 339 nəfərə çatıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin ortalama yaşı 67, yoluxanlarınkı 54-dür. Covid-19 səbəbindən dünyasını dəyişən ən kiçik xəstənin isə 3 yaşı olub. Uşağın leykoz xəstəsi olduğu bildirilib.