Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı

Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı
2168 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Axşam.az-a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.