Koronavirus pandemiya elan olundu

Koronavirus pandemiya elan olundu
3955 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib.

Axşam.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.

"Kroronavirus COVİD-19-un pandemiya olaraq dəyərləndirmək qənaətinə gəldik", - baş katib deyib. O xatırladıb ki, xəstəlik hazırda 114 ölkədə mövcuddur.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.