İran koronavirusa qarşı dərman tapdı

İran koronavirusa qarşı dərman tapdı
5762 dəfə oxunub
  • A-
  • A
  • A+

İran Səhiyyə Nazirliyi sözcüsü Kiyanuş Cahanpur koronavirusa qarşı dərman tapdıqlarını iddia edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Cahanpur “Actemra” preparatının müalicə zamanı müsbət nəticə verdiyini və immunitet sistemini gücləndirdiyini bildirib.

Onun sözlərinə görə, dərman virusa yoluxmuş xəstələrdə 24 saatdan sonra öz təsirini göstərib. Nəticələr tam dəqiqləşdikdən sonra preparat 3 həftə içində satışa çıxarıla bilər.

Qeyd edək ki, dərman İranın yerli imkanları ilə hazırlanıb.