Natəvanın heykəli dağıdıldı, cinayət işi açıldı - Fotolar

Natəvanın heykəli dağıdıldı, cinayət işi açıldı - Fotolar
1749 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 10-da yerli vaxtla saat 11.00-da Belçikanın Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Səfirliyin dəstəyi ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub.

Axşam.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, səfirliyin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmas qurublar. Vaterlo rəsmiləri tərəfindən bildirilib ki, heykəl şəhərin mühafizə edilən tarixi abidələr siyahısına daxil olduğuna görə, baş verən hadisə ilə əlaqədar Vaterlo polisi tərəfindən vandalizm faktı üzrə cinayət işi açılıb.

Hazırda araşdırmalar aparılır.

Azərbaycan ictimaiyyəti Səfirlik tərəfindən məsələyə dair mütəmadi olaraq məlumatlandırılacaq.

Qeyd edək ki, sözügedən heykəlin müəllifi heykəltaraş İmran Mehdiyevdir.