Xaricdən gələnlər 14 gün bunları etməlidir

Xaricdən gələnlər 14 gün bunları etməlidir
1114 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün qaydasını açıqlayıb.

Axşam.az xəbər verir ki, qurum vətəndaşları qaydalara riayət etməyə çağırıb. Bildirilib ki, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günü evdə keçirməlidir.

Olduqları məkan tez-tez havalandırılmalıdır. Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və ya xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır.

Əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır.

Soyuqdəymə əlamətlərində mütləq 103 və Bakıdan kənar 113 Təcili yardım nömrələrinə zəng edilməlidir.