Bitki çaylarının faydası

Bitki çaylarının faydası
1736 dəfə oxunub
  • A-
  • A
  • A+

Bitki çaylarının insan orqanizminə faydası çoxdan sübut olunub və ona görə də hər onlardan faydalanmağa çalışır. Bitkilərdən dəmlənmiş çayların içilməsi immuniteti gücləndirir, artıq çəkidən qoruyur, eyni zamanda, bəzi ağrıların aradan qalxmasına kömək edir.

Axşam.az bitki çaylarının xüsusiyyətlərini təqdim edir:

Lavanda

Lavanda çayının psixoloji problemlərə böyük təsiri var. Stress, narahatlıq və depressiyanı azaldır, ağızdan gələn xoşagəlməz qoxuları aradan qaldırır. Astmaya qarşı onun müsbət əhəmiyyəti olan lavanda çayı qızdırmasalıcı xüsusiyyətə malikdir.

Gicitkən

Maddələr mübadiləsini sürətləndirir, böyrək xəstəlikləri zamanı müsbət təsirə malikdir.

Pişikotu

Bu çay sakitləşdirici effekti ilə yanaşı yuxusuzluq problemini də aradan qaldırır. Pişikotu kökünü qaynar suda 20 dəqiqə saxlayıb içdikdə stress və əzələ ağrılarına müsbət edir.

Razyana

Mədə və bağırsaq xəstəlikləri zamanı xeyirlidir.

Nanə

Ürək sancması, revmatizm, böyrək, vəba və digər xəstəliklərin müalicəsində səmərəlidir. Onunla dəmlənən çay mədə turşuluğunun artırılması və öd kisəsi ağrılarının qarşısını almaq üçün işlədilir.

Limonotu

Limonotu çayı sakitləşdirici xüsusiyyətə malikdir. Bu çayı ilıq formada içməyiniz məsləhətdir.

Cökə

Soyuqdəymə zamanı qəbul edilir, öskürəyi azaldır.

Böyürtkən

Böyürtkən çayı bir sıra xüsusiyyətləri ilə fərqlənir. Xərçəng xəstəliyindən qoruyur, ürək üçün faydalıdır, varikozun müalicəsində istifadə edilir, babasil xəstəliyinə yaxşı təsir edir.

Çobanyastığı

Baş ağrısının aradan qalxması üçün istifadə edilir. Çobanyastığı çayı soyuq halda içilir.

Mixək

Həzm prosesinə müsbət təsir edir, diş ağrılarını yüngülləşdirir.

Rozmarin (ətotu və ya çəmənotu)

Qan dövranının yaxşılaşmasına və baş ağrılarına güclü təsir edir.