Müğənni Sevda Yahyayeva "Sevgi nəyə deyirsən sən" adlı klipinə təqdimat mərasimi keçirib.

Axşam.az xəbər verir ki, media nümayəndələrini başına toplayan sənətçi ekran işində "kənd qızı" obrazını canlandırdığını söyləyib. Nail Naiboğlunun ekranlaşdırdığı klipdə aktyor Ruslan Sabirli rol alıb.

Çəkiliş zamanı üşüdüyünü deyən Sevda geyimlərini özünün seçdiyini vurğulayıb:

"Özüm Qobuda böyümüşəm. Yay tətillərində həmişə Qubaya və Salyana nənəmgilə gedərdim. Orada kənd həyatının şahidi idim. Buna görə də bu həyat mənə yad deyil. Hər zaman qlamur obrazlarda klipim olub deyə bu dəfə başqa cür görünmək istədim".

Müğənni bildirib ki, mahnı 20 il öncə ərsəyə gəlib:

"Mahnını Əməkdar artist Ədalət Şükürov 20 il öncə ərsəyə gətirib. Biz fərqli aranjimanla təqdim etdik. Çox bəyəndim, ümid edirəm tamaşaçılar da bəyənər".

Qeyd edək ki, layihənin çəkilişləri Xızıda gerçəkləşib.

 
 
 
 
 
 
 


                 

Xəbər lenti