Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Regional məsələlər komitəsinə yeni sədrlər seçiliblər.

Axşam.az xəbər verir ki, bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.
 
Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov isə Regional məsələlər komitəsinin rəhbəri seçiliblər.

Milli Məclis sədrinin yeni birinci müavini, YAP-çı deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri olub.



                 

Xəbər lenti