Ciqanla Oksana arasında gərginlik - Xəstəxanada müalicə alır

Ciqanla Oksana arasında gərginlik - Xəstəxanada müalicə alır
3566 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gündür rusiyalı məşhur reper Ciqan fanatlarını məyus edəcək addımlar atıb.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə canlı yayımlar zamanı uşaqları ilə kobud rəftar edib, yüksək səslə ədəbsiz sözlər işlədib və qızından ona pivə gətirməsini istəyib.

Bütün bunlar isə insanların gözündə ideal ata və ailə başçısı obrazında olan reperin reputasiyasına zərər verib.

Ciqanın həyat yoldaşı Oksana Samoylova ilə problemlər yaşadığı iddia edilib. Oksanın yayımladığı “Belə dünyaya oyanmaq istəmirəm” adlı mesaj sosial şəbəkədə müzakirə yaradıb. Fanatları iddia edib ki, o, ərini Mayamidəki evindən qovub, Rusiyaya qayıtmaq üçün əşyalarını toplayır.

Reperin son paylaşımlarında isə reabilitasiya mərkəzində olduğu üzə çıxıb. Görüntüsündə də dəyişiklik müşahidə edilən Ciqanın “Palm Beach” adlı bir sağlamlıq mərkəzində müalicə aldığı bildirilir.