“Həkim qəlbinin palitrası” adlı sərgi açılıb - Fotolar

“Həkim qəlbinin palitrası” adlı sərgi açılıb -  Fotolar
599 dəfə oxunub
  • A-
  • A
  • A+

Xətai Sənət Mərkəzində həkim, həvəskar rəssam İlqar Mustafayevin “Həkim qəlbinin palitrası” adlı fərdi rəsm sərgisi açılıb.

Mərkəzdən Axşam.az-a bildirilib ki, açılışdan öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərgidə nümayiş edilən əsərlərlə bağlı təəssüratlarını bölüşüb. O, sərgidə bir zövqün olduğunu, heç bir əsərin bir-birinə bənzəmədiyini və bir məna kəsb etdiyini qeyd edib.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tarixdə və həyatımızda müxtəlif peşə sahiblərinin təsviri sənətlə məşğul olduqlarını bildirərək sərginin önəmini qeyd edib.

Çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov təsviri sənətin ictimailəşməsi naminə qeyri-peşə sahiblərinin bu sahəyə münasibətini müsbət qiymətləndirib, müəllifə uğurlar arzulayıb.

Sonra müəllif tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edib.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.