Martda Qəbələdə bayram bayrama qarışacaq! Çünki "Kontakt Home" qəbələlilərin görüşünə gəlir. 7 mart saat 11:00-da "Kontakt Home" heyəti bütün qəbələliləri ən yeni “Qəbələ” mağazasının açılışında gözləyir.

Mağazanın açılışı kiçikdən-böyüyə hər kəs üçün bayram əhval-ruhiyəsində keçəcək. Əyləncə, musiqi, bol-bol fərqli hədiyyələr, texnoloji yeniliklərin təcrübəsi imkanı, əyləncəli oyunlar, fotozona, uşaqlar üçün şarlar, face-art və daha nələr – bir sözlə əsl bayram. Üstəlik açılışa özəl 50%-dək endirim, 24 ayadək hissə-hissə ödəniş fürsətiylə istədiyiniz məhsulu əldə edə biləcəksiniz!

GÖYDƏ AXTARIRDINIZ, QƏBƏLƏDƏ TAPACAQSINIZ!

Qəbələdəki geniş və işıqlı mağaza sayəsində artıq məişət texnikası və ağıllı cihazlar üçün uzağa getməyə ehtiyac qalmayacaq. Çünki hər ehtiyacınızda "Kontakt Home" sizin yanınızda – şəhərinizdə sizin xidmətinizdə olacaq. İkimərtəbəli mağazanın birinci mərtəbəsində dünya brendlərinə aid rəqəmsal texnikanın, ikinci mərtəbədə isə geniş çeşidli böyük və kiçik məişət texnikası sizi gözləyəcək!

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM, HİSSƏ-HİSSƏ ÖDƏNİŞ İMKANI VƏ SUPER YENİLİKLƏR!

İndi oxuyacağınız təkliflər isə xüsusi olaraq qəbələlilər üçündür. Odur ki, qaçırmayın. Kontakt Home-da 15 mart tarixinədək nağd alışda 50%-dək endirim və 24 ayadək FAİZSİZ hissə-hissə ödəmə imkanı var.

Endirimlər barədə daha dəqiq desək:

• 32’’ (82 sm) televizor 319 AZN yox, 199.99 AZN-ə,
• HOFFMANN mini soba 179.99 AZN yox, 89,99 AZN-ə,
• 1.7l tutumlu elektrik çayniki 49.99 AZN yox, 19.99 AZN-ə!

Ümumilikdə bütün telefonlara ilkin ödənişsiz, faizsiz 12 ay, məişət texnikası və TV-də isə ilkin ödənişsiz, faizsiz, 18 ay hissə-hissə ödəniş imkanı olacaq.

Misal üçün:

• Redmi 8A smartfonunu ayda cəmi 25 AZN-ə,
• Samsung LED televizorunu ayda cəmi 61,20 AZN-ə,
• Gümüşü LG paltaryuyanını ayda cəmi 57,80 AZN-ə,
• Gorenje tozsoranını isə ayda cəmi 10 AZN-ə əldə edə biləcəksiniz.

ÜSTÜNLÜKLƏRLƏ DOLU MAĞAZA

Açılış zamanı bu cür və daha sərfəli onlarla fürsətlə qarşılaşacaqsınız! Bütün bunlarla yanaşı onu da qeyd edək ki, "Kontakt Home"da bütün məhsullar 3 ilədək zəmanətlidir, çatdırılma və quraşdırılma xidmətləri pulsuzdur, bütün məhsullar da dünya brendlərindəndir!

AÇILIŞI QAÇIRMAYIN

Siz sadəcə ünvanı və saatı xatırlayın kifayətdir! Həftəsonu əyləncəsinə "Kontakt Home"la başlayın, 7 mart saat 11:00-da Heydər Əliyev prospekti 118B ünvanında, İcra Hakimiyyətinin yaxınlığında yerləşən yeni “Qəbələ” mağazasına baş çəkin. Bol-bol əyləncə və hədiyyələr, endirimlər və fürsətlərlə "Kontakt Home"da yolunuzu gözləyirlər.

Siz Qəbələdə deyilsiniz? Eybi yoxdur! Sizə ən yaxın "Kontakt home" mağazasını buradan tapa bilərsiniz. Bütün kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün "Kontakt Home"u İnstaqramda izləyin, yaxud *6060 Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.



Xəbər lenti