“İki manatlıq çay üçün burnumun ucu göynədi” - Parisə gedən Taleh

“İki manatlıq çay üçün burnumun ucu göynədi” - Parisə gedən Taleh
3370 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Taleh Yüzbəyov Fransanın paytaxtı Parisə yollanıb.

Axşam.az xəbər verir ki, sənətçi bahaçılıqdan şikayətlənib və fikirlərini belə izah edib:

“Bir stəkanı 12 avro olan çay görəndən sonra çayniki 2 manat olan çay üçün burnumun ucu göynədi. Paris təzadlar şəhəridir. Bir tərəfdə Luvr, bir tərəfdə katakombalar, bir tərəfdə Eyfel, bir tərəfdə isə çirkli metrolar. Avropada olanda çalışın üstünüzdə çox nəğd pul saxlamayın. Kartla ödəniş həm təhlükəsiz, həm rahatdır”.

Qeyd edək ki, Paris Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir, böyük beynəlxalq əhəmiyyətə malikdir.