Musiqili Teatr “Cehizsiz qız”ı səhnəyə hazırlayır

Musiqili Teatr “Cehizsiz qız”ı səhnəyə hazırlayır
260 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə böyük rus yazıçısı Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlayıb.

Axşam.az  xəbər verir ki, sənət ocağının rus bölməsində hazırlanan əsərin quruluşçu rejissoru Prezident mükafatçısı, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçısı Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artisti Vaqif Məstanov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanova olan bu tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları ifa edəcəklər.

Tamaşaçıları peşəkar aktyorla yanaşı, teatrın xor və balet artistlərinin də gözəl çıxışları gözləyir.