Canəli Əkbərovun yubileyi olacaq

Canəli Əkbərovun yubileyi olacaq
618 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Axşam.az xəbər verir ki, gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində tanınmış xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Konserti Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.