“Arvadıma bahalı zinət əşyaları alıram, aparıb satır”

“Arvadıma bahalı zinət əşyaları alıram, aparıb satır”
2500 dəfə oxunub
  • A-
  • A
  • A+

Sonuncu dəfə “Cek Ryan” serialında baş rolda oynayan Con Krasinski “Səssiz bir yer 2” filmində birlikdə rol almağa hazırlaşdığı həyat yoldaşı Emili Blantla bağlı etiraflar edib.

Axşam.az xəbər verir ki, amerikalı rejissor və aktyor həyat yoldaşına etdiyi sürprizlərin ona təsir etmədiyini söyləyib:

“Son 7-8 ildir ona bahalı zinət əşyaları alıram, amma hələ də hansı zövqdə olduğunu bilmirəm. O da aldığım aksessuarlar aparıb satır. Təbii ki, pul mənə geri qayıtmır”.

Qeyd edək ki, 2008-ci ildən birlikdə olan cütlük 2010-cu ildə ailə qurub. Onlar Hollivudun ən yaxşı cütlükləri sırasında göstərilir.