“Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində

“Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində
307 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 7-də Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, on iki pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjemançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.

Qeyd edək ki, səhnə əsəri xarici ölkələrdə müxtəlif dillərdə tamaşaya qoyularaq daima izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib.