Koronavirusa görə Luvr muzeyi bağlandı

Koronavirusa görə Luvr muzeyi bağlandı
676 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 1-dən dünyanın ən məşhur muzeylərindən olan Luvr ziyarətçi qəbulunu dayandırıb.

Axşam.az xəbər verir ki, Fransada yerləşən muzeydə bu cür addımın atılmasına koronavirus səbəb olub.

Luvrun işçi heyəti bununla bağlı danışıqlar aparır. Onlar virusla mübarizəni bu yolla apardıqlarını bildiriblər:

"Hazlrda dezinfeksiya işləri aparılır. Muzeyin nə vaxt açılacağı hələ məlum deyil" deyə, muzeyin administratoru söyləyib.

Qeyd edək ki, bu günə kimi Fransada koronavirusa yoluxan 100 nəfər aşkarlanıb.