Əbülfəs Qarayev Stefano Dominioni ilə görüşüb

Əbülfəs Qarayev Stefano Dominioni ilə görüşüb
294 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsində iştirak məqsədilə ölkəmizə təşrif buyuran Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb.

Axşam.az xəbər verir ki, görüşdə Avropa Şurasının Mədəni Marşrutlar layihəsində Azərbaycanın təmsil olunmasının beynəlxalq aləmdə mədəni əlaqələrin daha da genişləndirilməsinə, eyni zamanda layihəyə qoşulan digər ölkələrlə mədəni marşrutlar sahəsində yeni təcrübələrin əldə olunmasına gətirib çıxartmasından danışılıb.

Nazir Əbülfəs Qarayev Azərbaycanın 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinin ayrılmaz bir hissəsinin olduğunu vurğulayaraq bildirib ki, ölkəmiz bu illər ərzində 5 beynəlxalq marşruta qoşulub, qoşulduğu ildən bəri mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə, təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir.

Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsinin keçirilməsinin böyük əhəmiyyətini vurğulayaraq, nazirə səmimi qəbula görə təşəkkürünü bildirib.