"Karantində olanlar xaricdən gələnlərdir"

"Karantində olanlar xaricdən gələnlərdir"
1081 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəlilabad rayon mərkəzi xəstəxanasının direktoru İlham Əliyev REAL TV-yə müsahibə verib.

Axşam.az xəbər verir ki, o, koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərdən bəhs edib. Həkim bildirib ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına İrandan  daxil olan vətəndaşlar xəstəxanada nəzarət götürülüb:

"Lakin onların heç birində bu günə kimi koronavirus halı aşkar olunmayıb. Onlar hazırda müayinə olunur. Artıq 4 gündür ki, karantində olan vətəndaşlardan bir neçəsi buraxılıb. Bunlar Azərbaycan üzərindən xaricə gedən vətəndaşlardır. Onların içərisində Yaponiya, Tailand, Qırğızıstan, Yunanıstan, Rusiya və digər ölkələrə gedən vətəndaşlar var. Bir neçə müddət qaldıqdan sonra şübhə olmadığına görə buraxılıblar. Mərkəzə müraciət edənlərin əksəriyyəti azərbaycanlılardır. Bura daxil olan 60 faizi İranda oxuyan tələbələrimizdir. Digər qismi isə İrana turist və ya başqa məqsədlə gedən vətəndaşlarımızdır”.

O bildirib ki, bu gün 18 nəfər xəstəxanaya müraciət edib.