"Gürcüstanda koronavirusa görə 4 azərbaycanlı saxlanılıb"

"Gürcüstanda koronavirusa görə 4 azərbaycanlı saxlanılıb"
1318 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcüstanın İnfeksion Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə 10 nəfər yerləşdirilib.

Axşam.az xəbər verir ki, bunla bağlı Gürcüstanın Səhiyyə Naziri Yekaterina Tikaradze açıqlama yayıb. O bildirib ki, hazırda koronavirusla bağlı dəhşətli təhlükəli hal yoxdur:

"Virusun yayılması o qədər də sürətli deyil. Hələ ki, heç bir təhlükəli halla rastlaşmamışıq".

Nazir deyib ki, ötən gün 13 nəfər virus şübhəsi ilə karantinə alınıb. Müayinələrdən sonra onlarda koronavirus olmadığı deyilib.

Tikaradze hazırda xəstəxanada 10 nəfərin saxlanıldığını söyləyib:

"Gətirilən 10 nəfərdən beşi İtaliyadan gəlib. Biri italyan, dördü gürcüdür. Digər beş nəfər İrandan Gürcüstana gəlib. Onlardan da biri gürcü, digər dördü azərbaycanlıdır. Onlar həkim nəzarətindədir. Bizim şübhəliləri karantində saxlamaq üçün kifayət qədər yerimiz var. Virusun Gürcüstanın hansı bölgəsində çox olduğunu araşdırmağa çalışırıq.

Batumi, Kutaisidə olan xəstəxanaları bunun üçün səfərbər etmişik".