“Sənə aid olan hər şeyi istəyirəm”

“Sənə aid olan hər şeyi istəyirəm”
3537 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl sevgili olduqları məlum olan türkiyəli müğənni Hadisə ilə aktyor Kaan Yıldırımın ayrıldıqları iddia olunmuşdu.

Axşam.az xəbər verir ki, cütlüyün münasibəti Hadisənin aktyorun iti ilə etdiyi paylaşımdan sonra ortaya çıxmışdı.

Müğənninin şəkilləri silməsinin ardından K.Yıldırımın münasibətlərinin üzə çıxmasına qəzəbləndiyi xəbərləri yayılıb.

Hadisənin İnstaqram hesabının hekayə bölməsində “Notebook” filmindəki “Asan olmayacaq. Həqiqətən çox çətin olacaq. Amma bunu etmək istəyirəm, çünki səni çox sevirəm. Sənə aid olan hər şeyi istəyirəm. Sonsuza kimi sən və mən” sözlərini paylaşımı isə iddiaların yalan olduğunu ifadə edib.